Sahibə Qafarova iranlı həmkarına BAŞSAĞLIĞI VERDİ

Sahibə Qafarova iranlı həmkarına BAŞSAĞLIĞI VERDİ

Milli Məclisin sədri Sahibə Qafarova İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında həlak olmaları ilə bağlı İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafa başsağlığı verib.

 

Bu barədə Sfera.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Spiker ağır itki ilə əlaqədar Məhəmməd Baqer Qalibafa, həlak olanların ailələrinə və yaxınlarına, dost və qardaş İran xalqına səbir və dözüm diləyib, öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib.


OXŞAR XƏBƏRLƏR