Si Cinpinin Fransa və Serbiya SƏFƏRİ: "Brüssel bundan narahatdır, amma..."

Si Cinpinin Fransa və Serbiya SƏFƏRİ:

“Çin lideri Si Cinpinin Fransa səfərinə müxtəlif rəylər verilir. Bir qrup ekspert səfərin uğurlu keçdiyini və Fransa Prezidenti Emmanuel Makronun Si Cinpinə iki ölkə arasında münasibətlərə xələl gətirəcək fikirlər söyləmədiyini vurğulayıblar”.

 

Bu barədə Sfera.az-a “Atlas” Araşdırmalar Mərkəzindən məlumat verilib.

 

Qeyd olunub ki, Makron Cinpinlə münasibətlərini istiləşdirmək məqsədilə onu Fransanın kurort bölgəsində yerləşən dostunun restoranına şam yeməyinə dəvət edib:

 

“Bəzi ekspertlər hesab edirlər ki, Si Cinpinin Fransaya səfəri Çinin Avropa İttifaqı ölkələri ilə iqtisadi əlaqələrindəki mövcud problemləri həll etməyəcək. Buna misal olaraq Çin liderinin Parisdə Fransa Prezidenti Emmanuel Makron və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə üçtərəfli görüşdə səslənən fikirləri misal çəkiblər. Paris və Brüssel hesab edirlər ki, Çin dövlət investisiyaları hesabına Avropaya ixrac etdiyi məhsulların qiymətini aşağı endirir. Bu da qeyri-bərabər rəqabət yaradır. Ursula fon der Lyayen Avropa İttifaqının mövcud vəziyyətdən narahatlığını açıq şəkildə Si Cinpinin diqqətinə çatdırıb”.

 

Bildirilib ki, Çin lideri Fransadan sonra Serbiyaya keçib:

 

“Serbiya Prezidenti Aleksandr Vuçiç Çin liderini şəxsən hava limanında qarşılayıb. Serbiya və Macarıstan Avropa ölkələri içərisində Çinlə əməkdaşlığa daha çox önəm verən iki dövlətdir. Çin Serbiyada və Macarıstanda yeni istehsal sahələri yaratmaq istəyir. Belqradda Çinlə Serbiya arasında azad ticarət barədə razılaşma əldə edilib. Serbiyanın Çin investisiyalarına ehtiyacı var. Serbiyanın Çinlə yaxınlığı Brüsselin narahatlığına səbəb olub. Çünki Serbiya Avropa İttifaqına üzv olmaq istəyir. Brüsselin isə Çinlə dialoqu rəvan deyil, bir-birlərini tənqid edirlər. Serbiya Avropa İttifaqının üzvü olarsa, Brüsselin qərarlarına riayət etmək məcburiyyətində qalacaq. Misal üçün, Çin Serbiyada ucuz elektromobillər istehsal etmək istəyir. Brüssel bunun əleyhinədir, Avropa İttifaqının bazarının qorunması vacibliyi qənaətindədir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Sabah Zelenskinin səlahiyyət müddəti BAŞA ÇATIR: "Konstitusiyaya əsasən..."

Mayın 21-də Ukrayna Prezidenti Volodimir Zelenskinin beş illik səlahiyyət müddəti başa çatır.   Sfera.az bildirir ki, buna baxmayaraq Ukrayna lideri...

Evli insanların xəyanət etməsinin ƏSAS SƏBƏBLƏRİ: "Qadınlar daha çox..." 

Cəmiyyətdə ən çox rast gəlinən problemlərdən biri də evli insanların həyat yoldaşlarına xəyanət etməsidir.   Bəs nəyə görə evli insanlar başqaları i...

Əli Əsədov İranın Birinci vitse-prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycanın Baş naziri Əli Əsədov İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiə...

Sahibə Qafarova iranlı həmkarına BAŞSAĞLIĞI VERDİ

Milli Məclisin sədri Sahibə Qafarova İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin hel...

Azərbaycan və Tacikistan 8 ikitərəfli sənəd İMZALADI

Bu gün Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forum çərçivəsində şirkətlər arasında ticarət, dağ-mədən və kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair&n...

Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı İCRA OLUNDU - FOTO

Respublika Klinik Xəstəxanasında ilk dəfə icra olunan endoprotez əməliyyatı uğurla başa çatıb.   Sfera.az xəbər verir ki, 59 yaşlı pasiyent üzərində ...