Hər il 5 milyon insan bu xəstəliyin qurbanı olur - Mütəxəssislərdən XƏBƏRDARLIQ
“Hər il dünyada təxminən 5 milyon insan insult səbəbindən dünyasını dəyişir. Bir o qədəri də ömürlük şikəst qalır”. Bu barədə Sfera.az-a Bakı Baş Səhiyyə Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı statistikaya görə, dünyada təxminən 15 milyona yaxın insan insultdan əziyyət çəkir: “İnsultu yaradan səbəblər var. Bunlar sırasında tütün və alkoqol məhsullarının istifadəsi, yüksək arterial təzyiq, diabet, yüksək xolesterin, fiziki aktivliyin aşağı olması,