Kolbasalar təhlükə mənbəyinə çevrilib –  Məhsullara dad verən “Çin duzu” nədir, niyə zəhərləyir?

Kolbasalar təhlükə mənbəyinə çevrilib –  Məhsullara dad verən “Çin duzu” nədir, niyə zəhərləyir?

Son zamanlar kolbasadan zəhərlənmə halları çoxalıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən qida məsələləri üzrə ekspert Ağa Salamov deyib ki, buna səbəb kimyəvi qidalar ola bilər və onlardan biri də elmi adı "mono sodium glutamate" olsa da, xalq arasında “Çin duzu” kimi tanınan dadlandırıcıdır:

 

“Bu tərkibin doza həddi aşılarsa, zəhərlənmə halları baş verə bilər. “Çin duzu” Azərbaycanda da satılır. Yəni, bunu alıb istifadə edənlər, doza həddini aşanlar da mövcuddur. Deməli, zəhərlənmələr qaçılmazdır. Bu qatqı şüuraltında “beşinci dad” hissini formalaşdırır və qidalara qarşı asılılıq yaradır. Bundan daha çox kolbasalarda, konservləşdirilmiş ət məhsullarında istifadə olunur. Bu isə obezitə , qaraciyər piylənməsi və ürək qan-damar sistemi pozğunluqları yaradır”.

 

Mütəxəssis bildirib ki, zəhərlənmə halları həm də müxtəlif səbəblərdən ola bilər:

 

“Məsələn, mənşəyi məlum olmayan ət, emal prosesində qidanın çirklənməsi, daşınmada buraxılan kobud səhv, işçilərdən və ya səthlərdən antisanitariya vəziyyətində yaranan çarpaz çirklənmə, məhsulların düzgün şərtlər altında saxlanmaması və.s zəhərlənmə hallarına yol aça bilər”.

 

Qeyd edək ki, “Çin duzu” adi halda ağ rəngli toz şəklindədir.

 

Günay


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...