Bu xəstəliyin yayılma riski çox yüksəkdir - İnfeksionist

Bu xəstəliyin yayılma riski çox yüksəkdir - İnfeksionist

Dünyada vəba xəstəliyinə yoluxma halları sürətlə artır.

 

Ümumdünya Səhiyyə Təşkilatı gələcəkdə də bu xəstəliyin yayılma riskinin çox yüksək olacağını bildirib.

 

Bəs, Azərbaycanda vəba xəstəliyi  bağlı vəziyyət necədir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist Təyyar Eyvazov bildirib ki vəba xəstəliyinin yayılması əsasən vəba törədiciləri ilə çirklənmiş su, bəzi hallarda isə qida və təmas yolu ilə baş verir. Xəstəliyin hava ilə yayılması mümkün deyil:

 

“Ölkəmizdə vəba xəstəliyi ilə bağlı vəziyyət nəzarət altındadır. Səhiyyə Nazirliyinin 12 iyun 2019-cu il tarixli 45 N-li əmrinə əsasən Respublika ərazisində vəba xəstəliyinə qarşı tədbirlər həyata keçirilir. Ölkə ərazisində vəba xəstəliyinə qarşı monitorinqlər aparılır”.

 

T. Eyvazov həmçinin qeyd edib ki, aparılan monitorinqlər nəticəsində uzun illərdir ki, vəba törədiciləri aşkar olunmayıb: 

 

“Xarici ölkələrdən vəba xəstəliyinin ölkəmizə gətirilməsinin qarşısını almaq üçün ölkənin sərhəd buraxılış məntəqələrində, ölkə ərazisində sistemli sanitariya-epidemioloji nəzarəti təşkil olunub”.

 

İnfeksionist son olaraq əlavə edib ki, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində bu xəstəliyin diaqnostikasını aparmaq üçün lazımı avadanlıqlar mövcuddur.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR