Yaşıl, yoxsa sarı banan? - Hansı arıqlamağa kömək edir?

Yaşıl, yoxsa sarı banan? - Hansı arıqlamağa kömək edir?

Yaşıl bananlar yetişmiş sarı bananlarla müqayisədə çox sevilmir. Lakin onlar maddələr mübadiləsini formalaşdıran və hətta çəki atmağa kömək edən zəngin tərkibə malikdir.

 

Sfera.az yaşıl bananın faydalarını təqdim edir:

 

Tərkibində nişasta var

 

“Beynəlxalq Bioloji Makromolekullar” jurnalında nəşr olunan bir araşdırmaya görə, yaşıl bananlar liflərlə zəngin nişasta tərkibinə malikdir. Bu nişasta nazik bağırsaqda həzm prosesinə maneə yaratsa da, əvəzində bağırsaq bakteriyaları üçün faydalı qida mənbəyinə çevrilir. Bu proses nəinki sağlam bağırsaq mikroflorasını formalaşdırır, həm də toxluq hissini artırır ki, bu da çəkini daha asan atmağa kömək edir.

 

Əlavə kalori qəbul etmədən enerji artırır

 

Tam yetişmiş bananlardan fərqli olaraq, yaşıl bananlar tərkibində şəkər və kalorinin aşağı olması səbəbindən daha uzun müddət enerjili qalmağa kömək edir. Aparılan bir araşdırma fruktoza, qlükoza və ümumiyyətlə, şəkərin yetişmiş bananlarda daha çox olduğunu sübut edir. 

 

Bu, qan şəkəri səviyyəsini sabitləşdirmək və yüksək şəkərli qidalardan qaçmaq istəyənlər üçün xüsusilə faydalı ola bilər. Davamlı enerjili olmaq aktiv həyat tərzini və məşq performansını yaxşılaşdırmağa kömək edir ki, bu da öz növbəsində çəki atmağa təsir göstərir.


Maddələr mübadiləsini sürətləndirir

 

Yaşıl bananlarda olan bol nişasta yağ oksidləşməsinin artırdığını göstərir. Bu da orqanizmin enerji üçün yağ yandırmaq qabiliyyəti deməkdir. Bu metabolik təkan, xüsusilə, müntəzəm fiziki hərəkətlə birləşdikdə, bədəndə toplanmış yağdan daha səmərəli istifadə edərək arıqlamağa kömək edir.


Çox kalori

 

Yaşıl banan təkcə nişasta mənbəyi deyil, həm də C vitamini, kalium və vitamin B6 da daxil olmaqla bir çox vacib vitamin və mineralları özündə birləşdirir. Bu qidalar ümumi sağlamlığın qorunmasında mühüm rol oynayır və orqanizmin metabolik proseslərini sürətləndirir. 

 

Hərtərəfli məhsul

 

Yaşıl bananları müxtəlif üsullarla qəbul etmək olar: detoks, kokteyllərə qarışdırılır və ya şirniyyatlara əlavə edilir. Müxtəlif reseptlərlə sınaqdan keçirərək, yaşıl bananların faydalarından yararlana və səhər yeməklərinizə (sıyıqlara) əlavə edə bilərsiniz.

 

Yaşıl bananlar yetişmiş sarı bananların şirinliyinə öyrəşənlər üçün yaxşı dadmasa da, faydaları və maddələr mübadiləsini gücləndirən xüsusiyyətləri ilə ən əla  seçimdir. Yaşıl bananları qida rasionuna daxil etməklə maddələr mübadiləsini sürətləndirmək və daha tez arıqlamaq olar.

 

Aynil Camal


OXŞAR XƏBƏRLƏR

Beyons konsert çıxışı zamanı qadağan olunmuş jest etdi

43 yaşlı amerikalı müğənni Beyons Texas-Ravensdə Milad ərəfəsində çıxış edib. Çıxışı zamanı o barmaqları ilə NFL-də qadağan edilən tapança jesti edib. Sfer...

ABŞ-ın bu şəhərində bir qanun sayəsində cinayət nisbəti demək olar ki, tamamilə sıfıra enib

Amerikanın Corciya ştatında yerləşən Kennesaw şəhərinin sakinləri silahlarla bağlı özünəməxsus qanunvericiliyə malikdirlər. Sfera.az bildirir ki, bu qanun bü...

Baqajdan tapılan qorilla balası müsadirə edildi - VİDEO

İstanbul hava limanında qəribə qaçaqmal aşkarlanıb. Gömrük işçisi yükə baxış keçirən zaman mayka geyinmiş qorilla balası aşkar edib. Körpə hava üçün deşikləri o...

Səmada 88 bürcün şəkilləri dərc edilib - FOTO

Milli Optik və İnfraqırmızı Astronomiya Rəsədxanası NOIRLab Beynəlxalq Astronomiya İttifaqı tərəfindən tanınan bütün 88 bürcün şəkillərini dərc edib.   ...

Gizli xərçəngin üç əsas əlaməti açıqlanıb

İlkin mərhələdə bağırsaq xərçəngi praktiki olaraq heç bir simptom olmadan baş verir. Sfera.az xəbər verir ki, bunu onkoloq cərrah Elena Smirnova deyib. Hək...

Direktor müavini: Yaralılarından biri reanimasiyaya yerləşdirilib

Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı Yeni Klinikaya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib.   Sfera.az xəbər ve...