"Ürəkbulanma, qusma, qarın işləməsi..." - Nazirlikdən ÇAĞIRIŞ
Hazırda əhali arasında arabir hərarətin yüksəlməsi, ümumi zəiflik, baş və əzələ ağrıları, yuxarı tənəffüs yollarının zədələnməsi əlamətləri olan öskürək, boğaz ağrısı, burun axması və ya tutulması kimi, bəzən isə ürəkbulanma, qusma, qarın işləməsi kimi hallar müşahidə edilir. Sfera.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, bunlara səbəb əsasən müxtəlif virus və bakterial infeksiyalardır: "Hər il isti aylarda kəskin respirator