Bu məhsullardan çox istifadə ZİYANDIR - Qadınların NƏZƏRİNƏ!

Bu məhsullardan çox istifadə ZİYANDIR - Qadınların NƏZƏRİNƏ!

Dəriyə qulluq məhsullarından keyfiyyətli nəticə almaq üçün onlardan doğru miqdarda istifadə etmək lazımdır. Bu məhsullardan az istifadə effektsizliyə, çox istifadə isə müxtəlif fəsadlara yol aça bilər. 


Sfera.az həmin məhsullardan düzgün istifadə qaydalarını təqdim edir:


Təmizləyici məhsullar


Təmizləyici məhsullardan az miqdarda istifadə olunmalıdır. Təxminən fındıq böyüklüyündə miqdar kifayət edir. 200 ml-lik qabda olan məhsul gündə 2 dəfə istifadə edilməklə 4 aya bitməlidir. 


C vitamini


Səhərlər təxminən 3-4 damcı kifayət edir. Yağ əsaslı C vitaminlərinə su əsaslı vitaminlərdən daha az ehtiyac olur. 30 ml-lik şüşə gündə 1 dəfə istifadə edilməklə təxminən 3 aya bitməlidir. 


Retinol 


İstifadə tezliyini yavaş-yavaş artırmaq lazımdır. Birinci həftədə iki dəfə, ikinci həftədən hər iki gündən bir, üçüncü həftədən isə hər gecə tətbiq etmək lazımdır. Miqdarın noxud böyüklüyündə olması tövsiyə edilir. Bu məhsuldan çox istifadə etmək dərinin qıcıqlanmasına və zədələnməsinə səbəb ola bilər.


Nəmləndirici


Nəmləndirici məhsullardan da çox istifadə edilməməlidir. 50 ml-lik qab gündə iki dəfə istifadə etməklə 3-4 aya bitməlidir.


Günəş kremi


Günəşə çıxmazdan 20 dəqiqə əvvəl istifadə olunmalıdır. Üz üçün 2 barmaq krem kifayət edir. Boğaz və sinə üçün isə miqdarı bir qədər artırmaq olar. Günəş şüasına uzun müddət məruz qalınacaqsa, hər 2 saatdan bir günəş kremi istifadə edilməlidir.


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...