Qızdırma, baş ağrısı, səpgi... - Təhlükəli virusla bağlı XƏBƏRDARLIQ!

Qızdırma, baş ağrısı, səpgi... - Təhlükəli virusla bağlı XƏBƏRDARLIQ!

2024-cü ilin əvvəlindən ABŞ-də parvovirus hallarında böyük artım qeydə alınıb.


Sfera.az xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən (CDC) açıqlama verilib. 


Bildirilib ki, son iki ildə xəstəliyə yoluxma hallarının sayı artıb və 5-9 yaşlı uşaqlarda parvovirusun nisbətində 40 faiz artım müşahidə olunub. Bu virus daha çox qızdırma, baş ağrısı, oynaq ağrısı və səpki kimi simptomlarla özünü göstərir.


Açıqlamada virusa qarşı peyvəndin hələ hazırlanmadığı vurğulanıb və xəstəliyə qarşı diqqətli olmaq barədə xəbərdarlıq edilib.

 

Qeyd edək ki, Parvovirus B19 virusu (beşinci xəstəlik) tənəffüs və ya damcı yolu ilə insandan insana ötürülür. Yanaqlarda əmələ gələn səpgilərə görə buna “şapalaqlanmış yanaq sindromu” da deyilir. Ümumiyyətlə, damcı yolu ilə keçsə də, şaquli olaraq anadan dölə keçə bilən çox yoluxucu bir virusdur. Yanaqlarda səpgilər başladıqdan sonra artıq yoluxucu olmur. İnkubasiya dövrü 2-3 həftə çəkir.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Səyahət zamanı tualetə getməkdə niyə çətinlik çəkirik?

İstirahət gözəldir, başqa yerdə oyanmaq həyəcanlıdır, amma bəzən bu həyəcan mədəmizə deyil, bağırsaqlarımıza təsir edir. Səyahət etdiyiniz zaman tualetlə münasi...

Daun sindromlu insanlar niyə bir-birinə bənzəyir?

Bəzi pozğunluqlar kənardan nəzərə çarpmır, lakin Daun sindromu adətən ilk baxışdan tanınır. Çünki bu sindromlu şəxslər tez-tez təkrarlanan fərqli üz xüsusiyyətl...

Həyəcanlanarkən və ya qorxduğumuz zaman niyə qeyri-ixtiyari titrəyirik?

Qorxduğumuz və ya stress keçirdiyimiz vaxtlarda hamımız nəzarətsiz şəkildə titrəyirik. Bədənimiz sanki bir şey etməyə hazırlaşır, lakin hərəkətə keçə bilmir. Bu...

Bağında qazıntı apararkən 150 ton qızıl tapdı, amma heç nəsiz qaldı

Auvergne bölgəsindən olan 52 yaşlı Fransız fermer Mişel Düpon öz torpağında təxminən 3,5 milyard avro dəyərində qızıl tapıb.    Sfera.az bildiri...

Təyyarə San Dieqoda 15 evin üzərinə düşdü - FOTOLAR

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində tez-tez Citation adlandırılan kiçik “Cessna 550” təyyarəsi qəzaya uğrayıb. Səlahiyyətlilər bunu &quo...

Tramp və Netanyahu Qəzza və İranı müzakirə etdi

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.   Sfera.az xəbər verir ki, bu barədə İsrailin Baş naz...