85 yaşlı Flora Kərimovanın səhhəti pisləşdi: "İki ay əvvəl..."
"İki ay əvvəl evdə yıxıldım, qolum sındı". Sfera.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Xalq artisti Flora Kərimova səhhətindən danışarkən deyib. "Başım gicəlləndi, yerə yıxıldım, nəticədə qolum zədələndi. Uzun müddət əziyyət çəkdim, iki ay oturaq vəziyyətdə yatmalı oldum. İndi vəziyyətim yavaş-yavaş yaxşılaşır. Hər gün səhhətimdəki müsbət dəyişiklikləri hiss edirəm və bu məni ruhlandırır. Artıq əlimi tədricən daha sərbəst hərəkət etdirə bilirəm, əvvəlkindən daha yaxşıyam", - Xalq