50 yaşdan yuxarı olan şəxslərin NƏZƏRİNƏ
Psixiatr Enrike Roxas 50 yaşdan sonra insanların emosional rifaha necə nail ola biləcəyindən danışıb. Sfera.az Publika.az-a istinadən xəbər verir ki, o, bu yaşda xoşbəxtliyin dörd açarını "El Confidencial" nəşrinə müsahibəsində açıqlayıb. Roxas iddia edib ki, insanın 50-dən çox yaşı olduqda xoşbəxtliyin dörd əsas amili sevgi, iş, mədəniyyət və dostluqdur. Onun sözlərinə görə, emosional rifaha nail olmaq üçün bu yaşda sevgidə güclü emosiyalar və qeyri-adi macəralar deyil, daxili hüzur, sakitlik