Arıqlamaq istəyənlərin əsas səhvi – Diyetoloqdan xəbərdarlıq
Həddindən artıq zülal qəbul etmək arıqlamağa və sağlamlığın yaxşılaşmasına zəmanət vermir.
Sfera.az xəbər verir ki, bu barədə həkim-endokrinoloq və diyetoloq Stanislav Xan məlumat verib.
Mütəxəssisin sözlərinə görə, zülal orqanizm üçün həyati əhəmiyyət daşısa da, onu mümkün qədər çox qəbul etməyə çalışmağın elmi əsası yoxdur.
Diyetoloq gündəlik zülal ehtiyacı üçün hər kiloqram ideal bədən çəkisinə 1,2-1,5 qram zülal qəbulunu meyar kimi göstərib. O, hesablamanın insanın hazırkı çəkisinə deyil, ideal bədən çəkisinə əsaslanmalı olduğunu vurğulayıb.
Həkim qeyd edib ki, son dövrlərdə zülal qəbuluna münasibətdə ifrat yanaşma formalaşıb. Onun fikrincə, zülal balanslı qidalanmanın vacib hissəsidir, lakin miqdarını artırmaq rasionu avtomatik olaraq daha sağlam etmir və arıqlamağa zəmanət vermir.
Qeyd edək ki, zülal əzələlərin qorunması, toxumaların bərpası və orqanizmin normal fəaliyyəti üçün vacib qida maddəsidir. Lakin gündəlik ehtiyac insanın yaşı, fiziki aktivliyi və sağlamlıq vəziyyətindən asılı olaraq dəyişə bilər.
Fatimə
Sfera.az






