Əlləriniz daim soyuqdursa, bu səbəbləri nəzərdən qaçırmayın

Əllərin soyuq olması xüsusilə soyuq havalarda normal hal sayıla bilər. Lakin temperatur yüksək olduğu halda belə əlləriniz daim soyuqdursa, bu vəziyyətə diqqət yetirmək lazımdır.
Sfera.az xəbər verir ki, ekspertlərin sözlərinə görə, davamlı soyuq əllər qan dövranının zəifləməsi, dəmir çatışmazlığı və anemiya, qalxanabənzər vəzinin zəif fəaliyyəti kimi səbəblərlə əlaqəli ola bilər.
Digər mümkün səbəblərdən biri Reyno sindromudur. Bu zaman soyuq və ya stress nəticəsində barmaqlardakı damarlar daralır. Barmaqlar soyuya, ağara və ya göyərə, daha sonra isə qan dövranı bərpa olunduqda qızara bilər.
Mütəxəssislər bildirirlər ki, stress və narahatlıq da damarların müvəqqəti daralmasına səbəb olaraq əllərin soyuq hiss edilməsinə gətirib çıxara bilər. Buna görə də yalnız əllərin soyuq olmasına əsasən ciddi xəstəlik nəticəsinə gəlmək doğru deyil.
Əgər soyuqluqla yanaşı keyimə, ağrı, dərinin rəngində dəyişiklik və ya barmaqlarda yaralar müşahidə olunursa, səbəbi müəyyənləşdirmək üçün həkimə müraciət etmək məsləhətdir.
Mənsumə






