Bakıda məşhur xəstəxana bağlanır
Kateqoriya məlum deyil
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır.
Sfera.az xəbər verir ki, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub.
Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməsi nəzərdə tutulur.
Müəssisədə olan xəstələr artıq başqa ünvana köçürülüblər. Qısa müddətdən sonra binada təmir işlərinə start veriləcək.
Qeyd edək ki, Saray qəsəbəsində modul tipli vərəm dispanseri fəaliyyət göstərir. Mərdəkan qəsəbəsində isə 9 saylı Ağciyər və Vərəm Dispanseri yerləşir./"Baku.ws"






