Qidaların bu cür satılması risk yaradır - XƏBƏRDARLIQ

Qidaların bu cür satılması risk yaradır - XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
T

Türkiyənin Yıldız Texniki Universitetinin professoru Dr. Muhammet Arıcı açıq bazarlarda və açıq havada satılan qidaların təhlükəsizliyi ilə bağlı istehlakçılara xəbərdarlıq edib.

Sfera.az xəbər verir ki, Arıcı deyib ki, məhsulun “təbii” adı ilə satılması onun mütləq təhlükəsiz və sağlam olduğu anlamına gəlmir.

Onun sözlərinə görə, qida təhlükəsizliyində əsas amillər məhsulun necə istehsal edilməsi, emal olunması və saxlanmasıdır:

“Açıq havada satılan bəzi məhsullar lazımi nəzarət və qeydiyyat sistemlərindən keçmədən istehlakçıya çatır. Bu isə məhsulların hansı şəraitdə istehsal və saxlanıldığının müəyyən edilməsini çətinləşdirir. Xüsusilə belə qidalarda mikrobioloji çirklənmə, mikotoksin və aflatoksin kimi risklərin yarana biləcəyi ehtimalı var”.

Arıcı çiy süd və açıq şəkildə satılan ədviyyatlar məhsullarının nəzarətli şəraitdə istifadə edilməsinin vacibliyini xatırladıb. O, istehlakçılara mənşəyi məlum olan və qablaşdırılmış məhsullara üstünlük verməyi tövsiyə edib:

“Qidanın hazırlanma üsulu da sağlamlıq üçün əhəmiyyət daşıyır. Ətin yüksək temperaturda və güclü tüstü altında bişirilməsi zamanı PAH adlanan zərərli maddələr yarana bilər. Buna görə qril zamanı temperaturun və tüstünün səviyyəsinə nəzarət etmək vacibdir”.

Professor istehlakçılara şişmiş, paslanmış, əzilmiş və ya deformasiyaya uğramış konservləri almamağı və istifadə etməməyi məsləhət görüb. Şübhəli görünən məhsulların dadına belə baxılmadan kənarlaşdırılmasının daha təhlükəsiz olduğu qeyd olunub.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR