Bu qabları mikrodalğalı sobaya qoymaq olmaz

Bu qabları mikrodalğalı sobaya qoymaq olmaz
Kateqoriya məlum deyil
T

ABŞ-dəki İkan Tibb Məktəbinin alimi, doktor Şanna Svan mikrodalğalı sobalarda plastik qablardan istifadənin zərərləri ilə bağlı xəbərdarlıq edib.

Sfera.az xəbər verir ki, doktor Svanın sözlərinə görə, plastik qabların qızdırılması zamanı tərkibindəki bəzi kimyəvi maddələrin qidaya keçməsi riski yarana bilər.

Onun fikrincə xüsusilə bisfenol A (BPA) və ftalatlar kimi maddələr insan sağlamlığı üçün narahatlıq doğurur.

Alim insanlara mikrodalğalı sobada plastik qablarda qida qızdırmamağı tövsiyə edib. O qeyd edib ki, plastik qabların qızdırılması zamanı kimyəvi maddələrin qidaya sızma ehtimalı arta bilər:

"BPA əsasən bəzi sərt plastiklərin və qida-içki qablaşdırmalarının hazırlanmasında istifadə olunan kimyəvi maddədir. BPS və BPF kimi oxşar maddələr də plastik istehsalında BPA-ya alternativ kimi tətbiq olunur".

Araşdırmalarda BPA və ftalatların hormonal sistemə və reproduktiv sağlamlığa təsirləri ilə bağlı narahatlıqlar ifadə edilib. Bu maddələrin xüsusilə reproduktiv hormonlara, sperma keyfiyyətinə və digər sağlamlıq göstəricilərinə təsir göstərə biləcəyi qeyd olunur.

Ftalatlar plastiklərə elastiklik vermək üçün istifadə olunan kimyəvi maddələr qrupudur. Onların hormonal sistemə təsiri ilə bağlı müxtəlif elmi araşdırmalar aparılıb.

Mütəxəssislər plastik qabların üzərində mikrodalğalı sobada istifadəyə uyğunluq işarəsinin olub-olmamasına diqqət yetirməyi, mümkün hallarda isə qidaları şüşə və ya keramika qablarda qızdırmağı tövsiyə edirlər.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR