Bu qidalarda daha çox mikroplastiklər aşkarlanıb - ADLAR

Bu qidalarda daha çox mikroplastiklər aşkarlanıb - ADLAR
Kateqoriya məlum deyil
T

Gündəlik istifadə etdiyimiz bir sıra qida və içkilərdə mikroplastiklərin aşkarlanması ilə bağlı araşdırmalar narahatlıq yaradıb. Alimlər mikroplastiklərin hüceyrə və DNT zədələnməsi də daxil olmaqla müxtəlif sağlamlıq problemləri ilə əlaqəli ola biləcəyini bildirirlər.

Sfera.az xəbər verir ki, mütəxəssislərin diqqət çəkdiyi əsas məhsullar aşağıdakılardır:

Dəniz məhsulları – Balıq, midiya və istiridyə kimi məhsullarda mikroplastiklərə rast gəlinir.

Mütəxəssislər istehlakı azaltmağı və qablaşdırılmış balıqlardan mümkün qədər uzaq durmağı tövsiyə edirlər.

Duz – Xüsusilə dəniz duzunda mikroplastiklər aşkarlanıb. Emal olunmuş süfrə duzunun daha təhlükəsiz seçim ola biləcəyi bildirilir.

Körpələr üçün pürelər – Plastik torbalarda satılan və istiliklə emal olunan pürelərdə mikroplastik və bəzi kimyəvi maddələrin qidaya keçməsi ilə bağlı narahatlıqlar var.

Hazır yeməklər – Mikrodalğalı sobada və ya isti suda qısa müddətdə hazırlanan plastik qablaşdırılmış yeməklər də risk qrupunda göstərilir.

Çay paketləri – Plastik tərkibli bəzi çay paketlərinin isti su ilə təmas zamanı çoxlu mikro və nanoplastik hissəcik buraxa bildiyi araşdırmalarda müəyyən edilib. Mütəxəssislər boşyarpaq çaya üstünlük verməyi məsləhət görürlər.

Emal olunmuş ət məhsulları və bal – Müxtəlif araşdırmalarda bu məhsullarda da mikroplastiklər aşkarlanıb.

Mütəxəssislər plastiklə təması azaltmağı, isti qidaları plastik qablarda qızdırmamağı və mümkün qədər təzə, az emal olunmuş məhsullara üstünlük verməyi tövsiyə edirlər.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR