Xərçəngə qarşı yeni peyvənd HAZIRLANIR - Yüksək riskli xəstələrdə...

Xərçəngə qarşı yeni peyvənd HAZIRLANIR - Yüksək riskli xəstələrdə...

Koronavirusa qarşı mRNT peyvəndi hazırlayan "Moderna" şirkəti, eyni texnikadan istifadə edərək xərçəngə qarşı peyvənd istehsal etmək üçün çalışır.

 

Sfera.az xəbər verir ki, şirkət tərəfindən hazırlanmış eksperimental xərçəng peyvəndinin klinik sınaqlarının üçüncü və son mərhələsi davam edir.

 

İngiltərədə davam edən sınaqlarda mRNA peyvəndinin yüksək riskli xəstələrdə dəri xərçəngi ölümlərini yarıya qədər azaltdığı açıqlanıb.

 

Xərçəng hüceyrələri tərəfindən ifraz olunan "neoantigenlərlə" təchiz olunmuş mRNT peyvəndi xərçəng toxumalarına hücum etmək üçün immunitet sistemini aktivləşdirir. Əldə edilən effekt immunoterapiya müalicəsi ilə gücləndirilir.

 

mRNT vaksinin yüksək riskli xəstələrdə immunoterapiya ilə birlikdə tətbiq edildikdə ölüm nisbətini 49 faiz azaltdığı müəyyən edilib.

 

Bildirilir ki, bir illik müalicə müddətində xəstələrə ümumilikdə yeddi doza mRNT peyvəndi və immunoterapiya preparatları verilib. Peyvəndin müxtəlif ölkələrdən 1100 nəfərlə aparılacaq 3-cü faza klinik sınaqlarından sonra istifadəyə təqdim edilməsi nəzərdə tutulur.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Linzalar hansı hallarda insanı kor edə bilər? - Həkim AÇIQLADI

Son vaxtlar göz üçün linzalardan istifadə edənlərin sayı olduqca çoxalıb. Bəzi insanlar müalicəvi baxımdan istifadə etsələr də, əksər insanlar gözəl görünm...

Türkiyə MN: "Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik"

Azərbaycanda Azərbaycan Türkiyə və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Milli M...

Qərbi Azərbaycan İcması BƏYANAT YAYDI

Qərbi Azərbaycan İcması Fransanın Ermənistandakı səfirinin məsuliyyətsiz və destruktiv fikirlərinə etiraz edib.   Sfera.az xəbər verir ki, Qərbi Azər...

Ağdamda 12 yaşlı uşağı ilan SANCDI

Ağdamda 12 yaşlı uşağı ilan sancıb.   Sfera.az xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb.   Kənd sakini Piriyev ...

Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara BAŞLADI

Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. &nb...

Leonid Slutski: "Heydər Əliyev bugünkü Azərbaycanı yaradıb"

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev bugünkü Azərbaycanı yaradıb və ölkə indi onun əsasını qoyduğu yolla inkişaf edir.   Sfera.az-ın məlumatın...