"Hörmüz boğazı açıla bilər" - Pezeşkian

"Hörmüz boğazı açıla bilər" - Pezeşkian
Kateqoriya məlum deyil
T

İran Prezidenti Məsud Pezeşkian Hörmüz boğazının açılmasının mümkün olduğu ilə bağlı açıqlama verib. O, bunun ABŞ-ın müəyyən öhdəlikləri yerinə yetirməsindən asılı olduğunu bildirib.

Sfera.az xəbər verir ki, Pezeşkian ABŞ-nin Pakistan vasitəçiliyi ilə imzalanmış İslamabad Memorandumundakı öhdəliklərini yerinə yetirməsi halında Hörmüz boğazının açıla biləcəyini deyib.

İran Prezidenti qeyd edib ki, Hörmüz boğazı ilə bağlı yol xəritəsi hazırlanıb və bu sənəd İranın ali rəhbərliyinə, İnqilab Keşikçiləri Korpusuna, hərbi qüvvələrə və danışıqlar heyətinə təqdim edilərək qəbul olunub.

Pezeşkian deyib ki, ABŞ dəniz blokadasını və sanksiyaları aradan qaldırmalı, İrana məxsus dondurulmuş aktivləri azad etməli və İsrailin Livandakı fəaliyyətlərinin dayandırılması üçün təzyiq göstərməlidir.

İran Prezidenti həmçinin qonşu ölkələrlə münasibətlərin inkişaf etdirilməsinin vacibliyini bildirib. O, Pakistan, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, Misir, Azərbaycan və Türkmənistanla qarşılıqlı anlaşmanın inkişaf etdirilməsini istədiklərini deyib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR