“Selena”nın Nazlısı Dilara Kurtulmuş evlənir

“Selena”nın Nazlısı Dilara Kurtulmuş evlənir
Kateqoriya məlum deyil
T

Bir dövrə damğasını vuran “Selena” serialında Nazlı obrazını canlandıraraq yaddaşlarda qalan Dilara Kurtulmuş Umutcan Ekmez ilə ailə qurmağa hazırlaşır.

Sfera.az xəbər verir ki, gənc aktrisa nikah mərasimindən əvvəl möhtəşəm xına gecəsi təşkil edib. Gecədə “Selena” və “Sihirli Annem” seriallarının aktyorları da bir araya gəlib. Bu görüş sosial mediada böyük marağa səbəb olub və nostalji ab-hava yaradıb.

Kurtulmuşun xına gecəsində diqqətçəkən digər məqam isə onun 5 fərqli libas geyinməsi olub. Gecədən çəkilən görüntülər və fotolar aktrisanın pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb.

Dilara Kurtulmuşun xına gecəsindən paylaşılan görüntülər sosial şəbəkələrdə qısa müddətdə geniş yayılıb.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR