“Xiaomi” 10.000 mAh batareyalı ilk telefonunu təqdim etdi

“Xiaomi” 10.000 mAh batareyalı ilk telefonunu təqdim etdi
Kateqoriya məlum deyil
T

“Xiaomi” 10.000 mAh tutumlu batareyaya sahib yeni “Redmi Note 17 Pro Max 5G” modelini rəsmi olaraq təqdim edib.

Sfera.az xəbər verir ki, Yaponiyada təqdim olunan smartfon həm “Redmi Note” seriyasının ilk “Pro Max” modeli, həm də “Xiaomi”-nin ən böyük batareyaya malik telefonu olub.

Cihazdakı 10.000 mAh silikon-karbon batareyanın bir şarjla 3 günə qədər istifadə imkanı verdiyi bildirilir. Smartfon 100 Vt sürətli şarj və 27 Vt tərs şarj funksiyasını da dəstəkləyir.

Model 6,83 düymlük, 1,5K təsvir ölçülü və 120 Hz yenilənmə tezlikli ekranla təchiz edilib. Snapdragon 6 Gen 5 prosessoru, OIS dəstəkli 50 MP əsas kamera və HyperOS 3 interfeysi ilə işləyir.

IP66 və IP68 sertifikatlarına malik telefon suya və zərbələrə qarşı da davamlıdır.

Smartfonun 256 GB versiyası təxminən 502 dollar, 512 GB versiyası isə 628 dollar qiymətinə satışa çıxarılıb.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR