ABŞ Venesuela ilə razılaşdı: 17 neft yatağını işlədəcək

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə neft sahəsində nəhəng razılaşma əldə edildiyini açıqlayıb. Sazişin 65 milyard barreldən çox təsdiqlənmiş neft ehtiyatına çıxışı əhatə etdiyi bildirilir.
Sfera.az xəbər verir ki, Tramp sosial media hesabında ABŞ-nin Venesueladakı neft ehtiyatlarının böyük hissəsi üzərində nəzarət əldə etdiyini bildirib.
Onun sözlərinə görə, razılaşma ABŞ-nin özəl sektoru ilə Venesuela hökuməti arasında əməkdaşlıq əsasında həyata keçiriləcək. Layihəyə təxminən 100 milyard dollar həcmində özəl investisiyanın cəlb olunması və 17 neft yatağının işlənməsi nəzərdə tutulur.
Tramp sazişi “dünya tarixinin ən böyük neft anlaşması” adlandıraraq, bunun ABŞ-ın neft ehtiyatlarını əhəmiyyətli dərəcədə artıracağını və ölkədə yanacaq qiymətlərinin aşağı düşməsinə kömək edəcəyini bildirib.
İradə Elsevər






