"Kinder Surprise" yumurtalarında ölümcül bakteriya aşkarlandı - Bazardan yığışdırılır
Məşhur şokolad şirkəti "Ferrero” "Kinder Surprise" yumurtalarını yığışdırmaq qərarına gəlib. Sfera.az bildirir ki, buna səbəb həmin şokoladlarda "salmonella” bakteriyasının aşkarlanması olub. Bildirilib ki, təsirə məruz qalan məhsullar son istifadə müddəti 11 iyul 2022-ci il və 7 oktyabr 2022-ci il tarixləri arasında olan 2 partiyanı əhatə edib. Böyük Britaniya Qida Standartları Agentliyinin rəsmisi Tina Potter, "Bilirik ki, bu məhsullar kiçik uşaqlar arasında populyardır, xüsusən də, Pasxa