Logo

Vaşinqtondan Afinaya zərbə: Bir müddət gözləməli olacaqsınız

Vaşinqtondan Afinaya zərbə: Bir müddət gözləməli olacaqsınız
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ Yunanıstanın müdafiə sisteminə əlavə edəcəyi F-35-ləri qısa müddətli şəkildə təxirə salıb.

Sfera.az xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.

Məlumatda bildirilir ki, Almaniya 35 ədəd F-35 almaq istəyir. Həmçinin vurğulanıb ki, amerikalılar Finlandiya ilə "əsrin müqaviləsi”ni də imzalayıb.

Berlinin təşəbbüsündən sonra Helsinki rəhbərliyinin 64 ədəd F-35 almağa imza atdığına və bunun ABŞ-ın prioritetlərini dəyişdiyinə diqqət çəkilib.

Yunan mediası hesab edir ki, Afinanın tələbi toplu sifariş verən iki ölkədən geri qalır.

Ona görə də F-35-lərin istehsalında ilk olaraq Almaniya və Finlandiyanın tələbləri nəzərə alınacaq, daha sonra Yunanıstanın ehtiyaclarının qarşılanması diqqət mərkəzində olacaq.

Yunanıstan hələlik yalnız ABŞ-ın Viper tipli helikopterləri və Fransanın "Rafale” döyüş təyyarələri ilə kifayətlənəcək.

Turan Rzayev
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR