Bu ölkədə ŞOK QƏRAR - Körpələri doğuşdan 7 gün sonrayadək öldürməyə icazə verilir
Sfera.az "Miamistandard”a istinadən xəbər verir ki, ana hamiləliyi ilə bağlı verəcəyi hər hansı qərarə görə mülki və cinayət ittihamlarından qorunacaq. Bu qərara yalnız hamiləliyin istənilən mərhələsində abort deyil, həm də "perinatal ölüm” daxildir. Perinatal ölüm, yeni doğulmuş uşağın yeddi gün ərzində öldürülməsi kimi müəyyən edilir.
Bununla da Kaliforniya qanunvericiliyi, doğuşdan əvvəl və sonra körpələrin öldürülməsini qanuniləşdirir.
Parlament üzvü Buffy Vicks (D-Berkeley) tərəfindən irəli sürülən təklif qanunvericilikdə doğulmamış və doğulmuş uşaqların öldürülməsi hüquqi akt kimi kodlaşdırılacaq və "qadınların reproduktiv hüquqları" kimi təbliğ ediləcək.
Gavin Nyusom vəzifəyə gəldiyi gündən abortla bağlı daha geniş hüquqların tətbiqinə və Kaliforniyanı sözdə qadın hüquqlarının müdafiəsinə əsaslanan "müqəddəs dövlət” elan etməyə çalışıb.
Kaliforniya Ailə Şurasının prezidenti Conatan Keller isə hər kəsin bu qanun layihəsinə qarşı çıxmalı olduğunu bildirib.
Əzizə Zeynal
Sfera.az






