Logo

Darvinin itmiş dəftərləri tapıldı – İçində nə yazılıb?

Darvinin itmiş dəftərləri tapıldı – İçində nə yazılıb?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İngiltərədəki Kembric Universitetinin Kitabxanası Çarlz Darvinin 22 il əvvəl yoxa çıxan iki dəftərinin tapıldığını açıqlayıb.

Sfera.az xəbər verir ki, kitabxananın bu gün yaydığı açıqlamada 1837-ci ilin simvolik "Həyat ağacı" eskizini ehtiva edən iki Darvin dəftərinin tapıldığı bildirilib.

Darvinin itmiş dəftərləri tapıldı – İçində nə yazılıb?

Açıqlamada qeyd edilib ki, 15 ay əvvəl dünya səviyyəsində iki dəftərin Kembric Universiteti Kitabxanasına qaytarılması ilə bağlı çağırış edilib və dəftərlər 9 mart 2022-ci il tarixində anonim şəkildə Kitabxanaya qaytarılıb. İki dəftərin üzərində "Kitabxanaçı, Pasxa bayramınız mübarək, X” yazısı olan çəhrayı hədiyyə çantasına qoyulduğu bildirilir. Təkamüllə bağlı araşdırmaları ilə tanınan ingilis təbiətşünas, geoloq və bioloq Çarlz Darvinin 1837-ci ildə məşhur "Həyat Ağacı"nın eskizini çəkdiyi dəftərlərin yaxşı vəziyyətdə olduğu, toxunma və ya zədələnmə əlamətlərinin görünmədiyi bildirilib.

Əzizə Zeynal
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR