“Formula 1” həyəcanı bu dəfə Qətərdə yaşanacaq
“Formula 1” üzrə dünya çempionatının növbəti mərhələsi Qətərdə keçiriləcək.
Sfera.az xəbər verir ki, 5,4 kilometr uzunluğunda olan Lusail Beynəlxalq Avtodromunda təşkil ediləcək yarış 57 dövrədən ibarət olacaq. Təsnifat mərhələsi noyabrın 28-də Bakı vaxtı ilə saat 22:00-da, əsas yarış isə noyabrın 29-da saat 20:00-da başlayacaq.
Qeyd edək ki, “Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli noyabrın 1-də keçirilən Meksika Qran-prisini üçüncü pillədə başa vuraraq dünya çempionluğunu təmin edib. “Mercedes” isə Braziliya Qran-prisində komandalar arasında çempionluğa yüksəlib.
Qətər Qran-prisi öncəsi pilotların və komandaların turnir cədvəlində ilk beşlik belə formalaşıb:
Pilotlar: Kimi Antonelli (İtaliya) - 402 xal
Maks Ferstappen (Niderland) - 304 xal
Lüis Hamilton (Böyük Britaniya) - 267 xal
Corc Rassell (Böyük Britaniya) - 264 xal
Lando Norris (Böyük Britaniya) - 264 xal Komandalar: “Mercedes” - 666 xal “Ferrari” - 517 xal “Red Bull” - 440 xal “McLaren” - 431 xal “Racing Bulls” - 114 xal
Şahanə Ziyad
Sfera.az





