Logo

Bu ölkədə 12 illik təhsil sisteminə keçid edilir

Bu ölkədə 12 illik təhsil sisteminə keçid edilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Özbəkistan parlamentinin aşağı palatası 11 illik məktəb təhsilinin 12 illik sistemlə əvəzlənməsini nəzərdə tutan qanun layihəsini üç oxunuşda qəbul edib.

Sfera.az xəbər verir ki, bu barədə “Centralasia.media” məlumat yayıb.

Layihəyə əsasən, məktəbəqədər birillik hazırlıq mərhələsi məcburi orta təhsilin tərkibinə daxil ediləcək. İslahatın məqsədi təhsil sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq və məzunların xarici universitetlərə qəbul imkanlarını genişləndirməkdir.

Qanun layihəsi təsdiq üçün Senata göndərilib. Senatın razılığından sonra sənəd prezidentə təqdim olunacaq.

Qeyd edək ki, Qırğızıstan da daha əvvəl 12 illik təhsil sisteminə keçib.

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR