qanun
Azərbaycanda 2 min manatlıq cərimə 50 manata endirilir
Avtomobillərdə qanunsuz reklamın yayılmasına görə cərimələr 2 min manatdan 50 manatadək endiriləcək. Sfera.az bildirir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 27-də keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Belə ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın
İqtisadiyyat29.10.2026 00:38
Parlament terrorizmin maliyyələşdirilməsinə qarşı qanun qəbul etdi
Terrorizmin maliyyələşdirilməsinə qarşı hüquqi mübarizə mexanizmləri təkmilləşdirilir. Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət və Cinayət-Prosessual məcəllələrə dəyişikliklərdə əksini tapıb. Qanun layihəsi terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi, hüquqi şəxslərin bu sahədə məsuliyyətinin dəqiqləşdirilməsi, eləcə də Azərbaycanın beynəlxalq öhdəliklərinin və Maliyyə Tədbirləri üzrə İşçi Qrupun (FATF)
Siyasət23.10.2026 12:03
Pensiyaçılara ŞAD XƏBƏR – VİDEO
Əmək pensiyaları ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib. Sfera.az xəbər verir ki, dəyişikliklərə əsasən, bəzi şəxslərin pensiyalarında artım olacaq. Üstəlik, bunun üçün vətəndaşların hər hansı dövlət qurumuna müraciət etməsinə ehtiyac qalmayacaq. Pensiya məbləğləri elektron qaydada müəyyənləşdirilərək təyin ediləcək. Bəs bu dəyişikliklər hansı şəxslərə şamil olunacaq? Ətraflı “İTV”nin süjetində:
İqtisadiyyat21.10.2026 01:03
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Bəzi kolleclərin müəyyən universitetlərin tərkibinə daxil edilməsi, digər kolleclərin isə ləğv olunması nəzərdə tutulur. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov AzEdu.az və Modern.az -a geniş müsahibəsində deyib. Komitə sədri “Ali təhsil haqqında” qanun layihəsindən danışarkən bu sahədə ediləcək yeniliklərə də toxunub: “Kolleclərin profilinə uyğun ali təhsil müəssisələrinin tərkibində fəaliyyət göstərməsi ilə bağlı müəyyən işlər aparılır.
Gündəm08.10.2026 18:10
“4 qanun ləğv olunacaq...” - Nazir açıqladı
“Aqrar sahə haqqında” yeni Qanun qəbul edildikdən sonra “Taxıl haqqında”, “Çayçılıq haqqında”, “Pambıqçılıq haqqında” və “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunlar ləğv olunacaq”. Sfera.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Aqrar sahə haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib. “Onların aktual müddəaları yeni qanuna daxil edilir. Digər sahəvi qanunlar qüvvədə qalır və baza
Cəmiyyət07.10.2026 19:49
Korrupsiya ilə mübarizədə yeni mərhələ - Yenilik uğurlu olacaq?
Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək və bu gəlir vergisindən azad olunacaq. Bununla bağlı "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yeni qanun layihəsində qeyd olunub. Sənəd Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb. Layihədə qeyd edilib ki, verilmiş
Cəmiyyət07.10.2026 13:15
Ailə dəyərləri ilə bağlı QANUN: Psixoloqdan AÇIQLAMA
Deputat Ceyhun Məmmədov ailə dəyərlərinin qorunması ilə bağlı ayrıca qanunun qəbul edilməsini təklif edib. Deputat bildirib ki, bu gün Azərbaycan ailə dəyərləri çox ciddi təhdid və təhlükələrlə üz-üzədir. Bəs Azərbaycanda ailə dəyərlərinə təhlükə yaradan əsas amillər hansılardır? Ümumiyyətlə, ailə dəyərləri həqiqətən əvvəlkindən daha çox təhlükə altındadır, yoxsa sadəcə ailə modeli dəyişir? Bu haqda Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Sfera.az -a açıqlama
Cəmiyyət03.10.2026 10:52
Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı açıqlandı
Milli Məclisin payız sessiyasının ilk iclası sentyabrın 30-da keçiriləcək. Sfera.az xəbər verir ki, iclasın gündəliyinə 16 məsələ daxildir. Onlar aşağıdakılardır: 1. 27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı. 2. Azərbaycan Respublikası Milli Məclisinin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı haqqında. 3. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda
Cəmiyyət25.09.2026 20:31
Bu ölkə əlifbasını dəyişdi
Özbəkistan Parlamentinin Yuxarı Palatası (Senat) latın qrafikasına əsaslanan özbək əlifbasının quruluşunu dəyişdirən yeni qanun layihəsini qəbul edib. Sfera.az xəbər verir ki, senatda səsə qoyulan düzəlişlər ölkədə dil islahatının yeni mərhələsini başladır. Qanunla “Latın qrafikasına əsaslanan Özbək əlifbasının tətbiqi haqqında” qanuna müvafiq dəyişikliklər edilir. Yeni standarta əsasən, özbək əlifbası 26 hərf və 3 hərf birləşməsi əvəzinə 28 hərf və 1 apostrofdan ibarət olacaq. Sənəddə keçid
Dünya10.09.2026 21:43
Rusiyada yaşayan azərbaycanlılara xəbərdarlıq - Bu şəxslər ölkədən çıxarılacaq
Rusiya Dövlət Dumasının deputatları plenar iclasda əcnəbilərin vətəndaşlığını, eləcə də hər hansı bir cinayətə görə ya götürülməmiş məhkumluğu olan şəxslərin müvəqqəti yaşayış icazəsini (TRP) və ya daimi yaşayış icazəsini (VNZh) rədd edən hökumət qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul ediblər. Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Mövcud qaydalara görə, əcnəbilərin qəsdən törədilmiş cinayətlərə görə məhkumluq qeydləri olduqda vətəndaşlıqdan məhrum edilirlər. Qanunda
Region21.07.2026 18:23
Kimlər kraudfandinq operatoru ola bilər? - Tələblər
Kraudfandinq operatorunun idarəetmə funksiyalarını yerinə yetirən şəxslərə dair tələblər müəyyən edilir. Sfera.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Kraudfandinq haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsinə əsasən, operatorun idarəetmə funksiyalarını yerinə yetirən şəxsləri aşağıdakı tələblərə cavab verməlidir: 5.1.1. ali təhsilli olmalı; 5.1.2. azı biri Mərkəzi Bank tərəfindən tənzimlənən və nəzarət olunan maliyyə xidmətlərinin
İqtisadiyyat14.07.2026 11:38
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşəcək
Balıqçılıq, qida təhlükəsizliyi və damazlıq heyvandarlıq sahələri üzrə normativ hüquqi aktların tələblərinə cavab verən balıqçılıq obyektləri ticarət dövriyyəsinə daxil edilə bilər. Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Balıqçılıq haqqında” yeni qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, balıq məhsulları “Qida təhlükəsizliyi haqqında” qanuna uyğun olaraq qablaşdırılır və etiketlənir. Balıq məhsulları ticarət dövriyyəsinə daxil edilən
İqtisadiyyat10.07.2026 13:10
Dövlət satınalmaları ilə bağlı qanun dəyişdiriləcək
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət satınalmaları haqqında" qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Sfera.az xəbər verir ki, yeni qanunla qeyri-rezident təchizatçıların icra və avans təminatı öhdəliklərindən azad edilməsi mexanizmi müəyyənləşir. Dəyişikliyə əsasən, qeyri-rezident hüquqi və ya fiziki şəxslər satınalma təklifləri ilə birlikdə icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilmələri üçün satınalma
İqtisadiyyat07.07.2026 13:45
Azərbaycanda yeni maliyyələşmə mexanizmi yaradılır
Azərbaycanda yeni maliyyələşmə mexanizmi yaradılır. Sfera.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Kraudfandinq haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10 – 13-cü və 15-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun
İqtisadiyyat07.07.2026 12:37
Qohum nikahları ilə bağlı mühüm qərar: Yeni qanun qüvvəyə mindi
İsveçdə qohum nikahları iyulun 1-dən etibarən rəsmi olaraq qadağan edilib. Yeni qanun qohum nikahlarından doğulan uşaqlarda genetik xəstəlik riskinin yüksək olması səbəbindən qəbul olunub. Sfera.az xarici mediaya istinadən xəbər verir ki, İsveç parlamentinin qəbul etdiyi qanuna əsasən, bundan sonra yalnız ölkə daxilində deyil, digər dövlətlərdə bağlanmış qohum nikahları da ümumi qayda olaraq İsveçdə hüquqi baxımdan tanınmayacaq. Hökumət bu addımla ailələrin qohum nikahı bağlamaq məqsədilə
Media03.07.2026 07:49















