Logo

Rusiya ilə bu ölkə arasında gərginlik

Rusiya ilə bu ölkə arasında gərginlik
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsveç Xarici İşlər Nazirliyi noyabrın 26-da Rusiyanın Stokholmdakı səfiri Sergey Belyayevi Polşanın hava məkanının pozulması və Danimarkada sui-qəsd hazırlığı ilə bağlı ittihamlara görə nazirliyə çağırıb.

Sfera.az xəbər verir ki, bu barədə İsveç XİN-in bəyanatında bildirilib.

Görüşdə rusiyalı diplomata noyabrın 20-də Polşanın hava məkanının pozulması ilə bağlı Stokholmun mövqeyi çatdırılıb. Həmçinin Danimarkada Ukrayna və ABŞ vətəndaşına qarşı sui-qəsd hazırlanması ilə bağlı iddialar pislənib. Kopenhagen hadisədə Rusiyanın əli olduğunu iddia edir.

İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard Polşa və Danimarkaya dəstək ifadə edərək Ukraynaya yardımın davam etdiriləcəyini vurğulayıb.

Rusiya səfirliyi isə Moskvanın bu hadisələrdə iştirakına dair inandırıcı sübutların olmadığını bildirərək ittihamları rədd edib.

Altay

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR