Logo

İran Küveytə hücum iddialarını rədd etdi

İran Küveytə hücum iddialarını rədd etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İran Küveytin strateji əhəmiyyətli obyektlərindən birinə hücum etməsi ilə bağlı irəli sürülən ittihamları təkzib edib.

Sfera.az xəbər verir ki, İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şekarçi bu iddiaların regionda qeyri-sabitliyi artırmağa çalışan ABŞ və İsrailin fəaliyyətini ört-basdır etmək məqsədi daşıdığını bildirib.

Şekarçinin sözlərinə görə, ABŞ və İsrail qüvvələrinin əvvəllər həyata keçirdiyi düşmənçilik fəaliyyətləri və saxta bayraq əməliyyatları nəzərə alındıqda, bu ittihamlar regionda gərginliyi artırmaq cəhdlərinin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

O, Küveyt ordusunun açıqlamalarını qəti şəkildə təkzib edərək İran Silahlı Qüvvələrinin regionda hər hansı hərbi və ya hücum əməliyyatı həyata keçirmədiyini vurğulayıb.

Altay

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR