Logo

Uşaqlar üçün satılan oyuncaqlarda hansı dəyişikliklər olacaq?

Uşaqlar üçün satılan oyuncaqlarda hansı dəyişikliklər olacaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Oyuncaqların təhlükəsizliyinə dair yeni texniki reqlamentdə istehsalda istifadə olunan xammallarla bağlı xüsusi tələblər müəyyənləşdirilib. Sənədə əsasən, təkrar emal edilmiş xammaldan oyuncaqların hazırlanmasında istifadə edilməsinə yol verilməyəcək”.

Sfera.az xəbər verir ki, bunu Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev media nümayəndələri üçün təşkil olunan tədbirdə bildirib.

O qeyd edib ki, reqlamentdə plastik materialların tərkibi, kəskin və kənar qoxular, eləcə də kimyəvi maddələrin miqrasiya hədləri ilə bağlı tələblər əksini tapıb:

“Xüsusilə üç yaşadək uşaqlar üçün nəzərdə tutulan oyuncaqlara daha ciddi təhlükəsizlik normaları tətbiq olunur. Yeni qaydalar məhsulların təhlükəsizliyinin konkret meyarlar əsasında qiymətləndirilməsinə imkan verəcək. Nəzarət mexanizmləri də genişləndirilib və konkret faktlara əsaslanan məlumatlar olduqda aidiyyəti qurum müvafiq tədbirlər görə biləcək”.

O, sahibkarlara yeni texniki reqlamentin tələbləri ilə tanış olmağı tövsiyə edib.

İradə Elsevər

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR