Pezeşkian iranlılara çağırış etdi: “Fikir ayrılıqlarını kənara qoyun”
İran prezidenti Məsud Pezeşkian ölkə vətəndaşlarını fikir ayrılıqlarını bir kənara qoyaraq birliyə çağırıb.
Sfera.az xəbər verir ki, bu barədə Yaxın Şərq mediası məlumat yayıb.
Pezeşkianın sözlərinə görə, İranın rəqibləri ölkənin parçalanmasını istəyirlər. Buna görə də vətəndaşlar fikir ayrılıqlarını kənara qoymalı, səylərini birləşdirməli, öz güclərinə və xalqın iştirakına arxalanaraq ölkənin inkişafı istiqamətində irəliləməlidirlər.
İran prezidenti, həmçinin ölkəyə qarşı tətbiq edilən sanksiyalara və ABŞ-la hərbi qarşıdurmaya baxmayaraq, dövlətin inkişafını davam etdirdiyini bildirib.
Qeyd edək ki, Pezeşkian noyabrın 25-də də ölkə daxilində fikir ayrılıqlarının böyüdülməsinin İranın rəqiblərinin maraqlarına xidmət etdiyini vurğulayaraq milli birliyin qorunmasına çağırıb.
İnci
Sfera.az






