Logo

Yeni texniki qaydalar qüvvəyə minir: Sahibkarların əvvəlcədən gətirdiyi malların taleyi necə olacaq?

Yeni texniki qaydalar qüvvəyə minir: Sahibkarların əvvəlcədən gətirdiyi malların taleyi necə olacaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda qeyri-qida istehlak mallarına dair yeni texniki reqlamentlərin tətbiqi sahibkarların əvvəlcədən idxal etdiyi, lakin hələ satışa çıxarmadığı məhsulların taleyi ilə bağlı suallar yaradıb.

Yeni tələblər qüvvəyə mindikdən sonra bu məhsulların satışına icazə veriləcək, yoxsa onların bazardan çıxarılması tələb olunacaq?

Sfera.az xəbər verir ki, məsələ media nümayəndələri üçün təşkil olunan “Qeyri-qida istehlak mallarının təhlükəsizliyi” mövzusunda tədbirdə müzakirə olunub.

Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev bildirib ki, texniki reqlamentin qəbul edilməsi ilə onun qüvvəyə minməsi fərqli anlayışlardır.

Onun sözlərinə görə, 2026-cı il oktyabrın 7-də qəbul edilən oyuncaqların təhlükəsizliyinə dair milli texniki reqlament hələ məcburi tələb kimi qüvvəyə minməyib. Sənədin tətbiqi üçün altı aylıq keçid müddəti nəzərdə tutulub.

E.Quluyev qeyd edib ki, keçid müddətinin əsas məqsədi sahibkarların kommersiya maraqlarını qorumaq və onların fəaliyyətini yeni tələblərə uyğunlaşdırmasına şərait yaratmaqdır. Bu müddət ərzində sahibkarlar əvvəlcədən idxal etdikləri məhsullarla bağlı məsələləri həll etməli, gələcək fəaliyyətlərini müəyyən edilmiş təhlükəsizlik standartlarına uyğun qurmalıdırlar.

Şöbə müdiri vurğulayıb ki, texniki tənzimləmə sistemi yalnız istehlakçıların həyat və sağlamlığının qorunmasına deyil, həm də əmlak maraqlarının və ədalətli rəqabət mühitinin təmin edilməsinə xidmət edir.

O, sahibkarlara müraciət edərək keçid müddətindən səmərəli istifadə etməyə və məhsulların satışını yeni texniki reqlamentlərin tələblərinə uyğun təşkil etməyə çağırıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR