Logo

Nüvə silahından imtina edən ölkələr hansılardır? – SİYAHI

Nüvə silahından imtina edən ölkələr hansılardır? – SİYAHI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünyada müxtəlif dövrlərdə nüvə silahına sahib olmuş və ya bu silahı əldə etmək istiqamətində proqramlar həyata keçirmiş bir sıra ölkələr sonradan həmin planlardan imtina edib.

Sfera.az xəbər verir ki, nüvə silahına sahib olduğu halda ondan imtina edən ölkələr sırasında Cənubi Afrika Respublikası, Ukrayna, Belarus və Qazaxıstan yer alır.

Cənubi Afrika Respublikası tarixdə özünün hazırladığı nüvə silahlarını könüllü şəkildə tamamilə ləğv edən yeganə ölkədir. Ölkə 1980-ci illərdə altı nüvə qurğusu hazırlayıb, 1989-cu ildə proqramı dayandırmaq qərarı verib və 1991-ci ildə bütün nüvə silahlarını söküb.

Ukrayna, Belarus və Qazaxıstan isə 1991-ci ildə SSRİ dağıldıqdan sonra ərazilərində qalan sovet nüvə arsenalından imtina ediblər. Həmin silahlar Rusiyaya təhvil verilib. Ukrayna bu prosesi 1996-cı ildə, Belarus və Qazaxıstan isə daha əvvəl başa çatdırıb.

Bundan başqa, Liviya 2003-cü ildə nüvə silahı proqramından könüllü imtina edib. İraqın nüvə proqramı 1991-ci ildən sonra BMT-nin nəzarəti altında ləğv olunub.

Argentina, Braziliya, İsveç, İsveçrə, Cənubi Koreya və Tayvan da müxtəlif dövrlərdə nüvə silahı əldə etmək planlarından və ya bu istiqamətdəki proqramlarından geri çəkiliblər.

Qeyd edək ki, bu ölkələrin hamısı heç vaxt nüvə silahına sahib olmayıb. Onlardan yalnız Cənubi Afrika özünün istehsal etdiyi nüvə silahlarını tamamilə məhv edib.

Bəsti Rəfizadə
Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR