Logo

Onlar yaş həddi nəzərə alınmaqla başqa işə keçə biləcəklər - RƏSMİ

Onlar yaş həddi nəzərə alınmaqla başqa işə keçə biləcəklər - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda gömrük orqanlarının vəzifəli şəxslərinin rotasiya qaydasında başqa işə keçirilməsi prosedurunu müvafiq gömrük orqanı müəyyən edəcək.

Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliyə əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinin başqa işə keçirilməsinin əsasları yenidən müəyyənləşdirilir.

Belə ki, gömrük əməkdaşları yuxarı vəzifəyə təyin edildikdə, ailə vəziyyəti və səhhəti ilə əlaqədar, yaş həddi nəzərə alınmaqla, rotasiya qaydasında, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər hallarda başqa işə keçirilə biləcəklər. Layihəyə görə, ailə vəziyyəti, səhhət və təhsillə bağlı əsaslarla başqa işə keçirilmə müvafiq əməkdaşın razılığı əsasında həyata keçiriləcək.

Bundan başqa, ştatların ixtisarı nəticəsində əməkdaşın bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda, attestasiyanın nəticələrinə əsasən tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyənləşdirildikdə, həmçinin intizam tənbehi qaydasında onun daha aşağı vəzifəyə keçirilməsi mümkün olacaq.

Qanun layihəsində gömrük orqanlarının vəzifəli şəxslərinin rotasiyasının keçirilməsi qaydasının Azərbaycan Respublikasının gömrük işini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi nəzərdə tutulur. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR