Logo

DQİDK sədri: "Qız tələbələr üçün xüsusi təqaüd proqramı təsis edilib"

DQİDK sədri: "Qız tələbələr üçün xüsusi təqaüd proqramı təsis edilib"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan İlahiyyat İnstitutunda təhsil alan qız tələbələrin sosial inteqrasiyasının gücləndirilməsi və ictimai təşəbbüslərinin dəstəklənməsi məqsədilə “Xurşidbanu Natəvan” təqaüdü təsis edilib.

Sfera.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qurumun təşkilatçılığı ilə Bakıda keçirilən “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfransda çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, tələbələrin akademik nailiyyətlərinin təşviqi də diqqət mərkəzində saxlanılır:

“2025-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün “Seyid Yəhya Bakuvi”, “Məhəmməd İrəvani” və “Həmzə Nigari” adına təqaüd proqramları təsis edilib. Proqramların qalibləri sırasında qız tələbələrin də yer alması onların akademik göstəricilərinin və intellektual potensialının təşviqinə verilən diqqətin bariz nümunəsidir”.

R.Məmmədov qız tələbələr üçün təsis edilən xüsusi təqaüd proqramından da danışıb:

“Azərbaycan İlahiyyat İnstitutunda təhsil alan tələbə qızların sosial inteqrasiyasını gücləndirmək, erkən evlilik, qızların təhsildən yayınması və ailədaxili zorakılıq kimi məsələlərdə maarifləndirmə təşəbbüslərini stimullaşdırmaq məqsədilə Fond tərəfindən “Xurşidbanu Natəvan” təqaüdü təsis edilib. Bu proqram tələbə qızların akademik hazırlığı ilə yanaşı, onların sosial problemlərə həssas yanaşan, ictimai təşəbbüslərdə iştirak edən mütəxəssislər kimi yetişməsinə dəstək verir”.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR