Logo

Ramin Məmmədov: "AXC tərəfindən qadınlara seçki hüququnun verilməsi tariximizin mühüm hadisələrindəndir"

Ramin Məmmədov: "AXC tərəfindən qadınlara seçki hüququnun verilməsi tariximizin mühüm hadisələrindəndir"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qadınların cəmiyyətin həyatında fəal iştirakı Azərbaycanda dərin tarixi əsaslara malikdir. Azərbaycanın tarixi təcrübəsi qadın hüquqlarının təmin olunması və onların ictimai-siyasi həyatda fəal iştirakı baxımından diqqətəlayiqdir".

Sfera.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfransda çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində maarifçilik ideyalarının yayılması, qadınların təhsilinin təşviqi, mətbuatın və teatrın təşəkkülü ilə bağlı təşəbbüslər milli düşüncənin yenilənməsinə xidmət edib:

“1901-ci ildə Bakıda müsəlman Şərqində qızlar üçün ilk dünyəvi məktəbin açılması, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qadınlara seçki hüququnun verilməsi tariximizin mühüm hadisələrindəndir. Bu faktlar qadınların cəmiyyətin həyatında fəal iştirakının Azərbaycan ictimai fikrində və dövlətçilik ənənəsində dərin tarixi əsaslara malik olduğunu göstərir”.

R.Məmmədov ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində qadınların cəmiyyətin həyatındakı yerinin insan hüquqlarına, sosial ədalətə və milli tərəqqiyə əsaslanan dünyagörüşünün tərkib hissəsi kimi müəyyənləşdirildiyini vurğulayıb:

“Ulu Öndər qadınların ictimai-siyasi proseslərdə iştirakını, onların bilik və bacarıqlarının ölkənin intellektual potensialına çevrilməsini müasir dövlət quruculuğunun mühüm şərtlərindən biri kimi qiymətləndirirdi. Məhz bu siyasətin nəticəsində onun qurucusu olduğu müasir Azərbaycanın inkişafında qadınların rolu əhəmiyyətli dərəcədə artıb”.

Komitə sədri 1995-ci ildə qadın hüquqlarının təmin olunması istiqamətində atılan mühüm addımları da xatırladıb:

“1995-ci ildə qəbul edilmiş Konstitusiyamızda kişi ilə qadının eyni hüquq və azadlıqlarının təsbit edilməsi, həmçinin həmin il ölkəmizin BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”Konvensiyasına qoşulması bu siyasətin mühüm mərhələlərindən biri olub”.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR