Logo

Acun Ilıcalanın bu görünüşü hər kəsi heyrətləndirdi - FOTO

Acun Ilıcalanın bu görünüşü hər kəsi heyrətləndirdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Fənərbağça”nın “Şaxtyor Donetsk”lə UEFA Çempionlar Liqası matçı öncəsi açıqlama verən Acun Ilıcalı bu dəfə sözləri ilə deyil, xarici görünüşü ilə diqqət çəkib.

Sfera.az xəbər verir ki, “Hull City” klubunun sahibi olan Acun Ilıcalı Anadolu Agentliyinə müsahibəsində Arda Turan və Əmrə Belözoğlu haqqında danışıb.

Lakin müsahibə zamanı çəkilən görüntülərdə onun saçlarının xeyli ağarması izləyicilərin diqqətindən yayınmayıb.

Qara geyimdə kamera qarşısına keçən tanınmış televiziya prodüserinin dəyişən görünüşü sosial şəbəkələrdə müzakirə yaradıb. İzləyicilər onun saçlarının nəzərəçarpacaq dərəcədə ağardığını və üzündə də dəyişikliklərin olduğunu bildiriblər. Paylaşıma gələn şərhlərdə “Acun çox qocalıb”, “Bir az yorğun görünür” və “Saçları tamamilə ağarıb” kimi fikirlər yer alıb.

İradə Elsevər

Sfera.az

Acun Ilıcalanın bu görünüşü hər kəsi heyrətləndirdi - FOTO
Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR