Ceyhun Bayramov: "Ermənistanın konstitusiya məsələləri ilə bağlı şərh verə bilmərəm"
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanma vaxtını müəyyən etmək Azərbaycanın imkanları xaricindədir.
Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, bu məsələ Ermənistanın daxili prosesləri ilə bağlıdır.
Ermənistanın yeni konstitusiya layihəsinə münasibət bildirən C.Bayramov qeyd edib ki, bu ölkənin konstitusiya məsələləri ilə bağlı şərh vermək niyyətində deyil.
Onun sözlərinə görə, bu, Ermənistanın daxili siyasətinə aid məsələdir.
“Bizim üçün əsas məsələ Azərbaycan Respublikasına qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Bu baxımdan, baş verənləri çox müsbət inkişaf kimi qiymətləndiririk. Bu gün yeni konstitusiya layihəsi ictimaiyyətə təqdim olunub”, – deyə nazir vurğulayıb.
Bəsti Rəfizadə
Sfera.az






