Ermənistanda yeni Konstitusiya layihəsi dərc olundu
Kateqoriya məlum deyil
Ermənistanın yeni Konstitusiya layihəsi noyabrın 23-də bu məqsədlə xüsusi yaradılmış internet saytında ictimaiyyətə təqdim edilib.
Sfera.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb. Bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan layihənin dərc olunması ilə bağlı açıqlama verib. O bildirib ki, yeni Konstitusiya layihəsinin hər bir vətəndaş tərəfindən rahat şəkildə oxunması və sənədlə bağlı təkliflərin təqdim edilməsi üçün xüsusi internet saytı yaradılıb.
Paşinyan sosial şəbəkə hesabında Ermənistan vətəndaşlarına müraciət edərək, saat 10:00-da canlı yayımda çıxış edəcəyini də açıqlayıb.
“Bu, sənin Konstitusiyandır”, - deyə baş nazir vurğulayıb.
Bəsti Rəfizadə
Sfera.az






