Logo

Deputat: "BDU tənəzzül dövründə idi, Məleykə xanımla inkişaf edəcək"

Deputat: "BDU tənəzzül dövründə idi, Məleykə xanımla inkişaf edəcək"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, Məleykə xanım Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin olunması 2026-cı ildə təhsil sahəsində mühüm dəyişikliklərdən biri kimi qiymətləndirilməlidir:

Deputat: "BDU tənəzzül dövründə idi, Məleykə xanımla inkişaf edəcək"

“Məleykə xanımı bu çox məsuliyyətli vəzifəyə təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edir, uğurlar arzulayıram. Onu da qeyd etmək lazımdır ki, Məleykə xanım Abbaszadə uzun müddət bu çətin və mürəkkəb vəzifənin öhdəsindən ümumilikdə uğurla gəldi. Ən əsası Dövlət İmtahan Mərkəzinin işində sistemli fəaliyyət özünü açıq göstərirdi. Bakı Dövlət Universitetinə gəldikdə isə, hələ illər öncə bir neçə dəfə bu universitetin fəaliyyəti barədə fikirlərimi bölüşmüşəm. Gedənin arxasından danışmamaq prinsipinə sadiq qalaraq bu barədə çox danışmayacam. Ancaq bu da acı reallıqdır ki, son illər zəngin tarixə malik bu ali təhsil müəssisəsi özünün tənəzzül dövrünü yaşayırdı”.

Parlamentari qeyd edib ki, Məleykə xanım bu missiyanın öhdəsindən layiqincə gələcək və universitet yenidən özünün inkişaf mərhələsinə daxil olacaq:

“BDU Azərbaycan universitetləri arasında öz layiqli yerini tutacaq. Bu gün dünya təhsili çox ciddi çağırışlarla üz-üzədir. Uğurlu və xoşbəxt gələcəyi yalnız bu çağırışlara cavab verə bilən ölkələr qura biləcək. Bu gün dünyada elə bil ölkə yoxdur ki, təhsilə önəm vermədən inkişaf edə bilsin. Bu gün dünyanın ən güclü universitetləri inkişaf etmiş ölkələrdədir. Bu mənada bizim ölkəmizin qarşısında çox mühüm vəzifələr durur. Son günlər Prezident İlham Əliyev ölkəmizdə keçirilən bir çox beynəlxalq tədbirdə təhsilin inkişafının önəmini vurğulayıb. Bu dövlətimizin bu sahəyə yüksək diqqət və qayğısını göstərir. Artıq bu çağırışlara cavab verməyin vaxtı çatıb”.

Şahanə Ziyad

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR