Mask özünü ağılsız adlandırdı: "Peşmanam..."
Kateqoriya məlum deyil
İlon Mask “New York Times” qəzetinin “DealBook” sammitində ABŞ-dəki aralıq seçkiləri ilə bağlı fikirlərini bölüşüb.
Sfera.az xəbər verir ki, dünyanın ən varlı adamı olan Mask Respublikaçı namizədlərə 446 milyon dollar xərclədiyini və bunun gözlənilən təsirinin olmadığını bildirib.
O, seçki nəticələrinin ölkədə siyasi uğurun təkcə maliyyədən asılı olmadığını göstərdiyini vurğulayaraq, vaxtı geri qaytara biləcəyi təqdirdə daha az pul xərcləyəcəyini qeyd edib.
Mask nəticəsi yaxşı olmayan bir prosesə bu qədər vəsait xərclədiyinə görə özünü ağılsız da adlandırıb. Milyarder iş adamı bu əməlinə görə peşman olduğunu dilə gətirib.
Vasif






