Neft Fondu 2,5 milyard dollar "itirdi" - SƏBƏB
Son günlər beynəlxalq birjalarda qızılın ucuzlaşması Azərbaycan Respublikası Dövlət Neft Fondunun (Neft Fondu)qızıl aktivlərinin də dəyərinin azalmasına səbəb olur.
Sfera.az xəbər verir ki, hazırda qızılın bir troya unsiyası 3750 dollara satılır.
Bu qiymət bir ay əvvəlki qiymətdən 10 faiz, üç ay əvvəlki qiymətdən isə 17 faiz aşağıdır.
Müqayisə göstərir ki, son aylarda qızılın dəyərində nəzərəçarpacaq azalma var. Azalma nəticəsində yalnız son ayyarımda Neft Fondunun qızıl aktivlərinin dəyəri 2 milyard dollardan çox azalıb.
2026-cı ilin oktyabrın 1-də Neft Fondunun 178,1 ton qızılı olub və həmin tarixdə bu qədər qızılın dəyəri 23,935 milyard dollar təşkil edirdi.
Hazırda da Neft Fondunun bu qədər qızılı var. Amma ucuzlaşmaya görə, qızıl ehtiyatlarının dəyəri 21,473 milyard dollara qədər azalıb.
Deməli, son günlər qızılın ucuzlaşması Neft Fondunun qızıl aktivlərinin 10,3 faiz və ya 2,46 milyard dollar azalmasına səbəb olub.
Vasif






