Logo

Deputat Suraxanı sakinlərinin problemlərindən danışdı

Deputat Suraxanı sakinlərinin problemlərindən danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Suraxanı paytaxtın əhalisi çox olan və sürətlə inkişaf edən rayonlarından biridir. Lakin rayonun bəzi yaşayış məntəqələrində hələ də həllini gözləyən ciddi infrastruktur problemləri mövcuddur”.

Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Sevinc Fətəliyeva parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı danışıb.

Parlamentari Hövsan və Suraxanıda sakinlərin üzləşdiyi əsas çətinlikləri sadalayıb:

“Birincisi, Hövsan və Yeni Suraxanı qəsəbələrində mövcud su xətlərinin yenilənməsinə, köhnəlmiş boruların dəyişdirilməsinə, mərkəzləşdirilmiş su və kanalizasiya şəbəkələrinin qurulmasına ehtiyac var. Bu, yalnız kommunal xidmət deyil, insanların sağlamlığı və sanitar-gigiyenik şəraiti ilə birbaşa bağlı məsələdir. Qəsəbədaxili yolların təmiri və küçələrin işıqlandırılması da sakinlərin ən çox müraciət etdiyi məsələlərdəndir. İkincisi, Hövsan kanalının vəziyyəti ciddi narahatlıq doğurur. Kanalın açıq vəziyyətdə olması sakinlərin gündəlik həyatına mənfi təsir göstərir, məişət və texniki suların Xəzər dənizinə axıdılması isə ekoloji problem yaradır. Kanalın yenidən qurulması və müasir təmizləyici qurğuların inşası məsələsinə xüsusi diqqət yetirilsə, çox yaxşı olar”.

Deputat digər əsas məsələnin Hövsandakı 118 saylı və Yeni Suraxanıdakı 316 saylı tam orta məktəblərdə şagird sıxlığı ilə bağlı olduğunu açıqlayıb:

“Düşünürəm ki, əlavə tədris korpuslarının tikilməsi bu problemin həllinə kömək edər. Hövsan qəsəbəsində poliklinikaların və Sağlamlıq Mərkəzinin fəaliyyət göstərməsinə baxmayaraq, əhalinin sayının artması nəzərə alınaraq, geniş profilli stasionar tibbi xidmət göstərən müasir xəstəxananın inşası imkanlarına da baxılmasını təklif edirəm. Əvvəlki dövlət proqramlarında nəzərdə tutulmuş, lakin icrası tamamlanmamış layihələr – Hövsanda yeni məktəb və uşaq bağçalarının tikintisi, 203 saylı körpələr evi-uşaq bağçasının yenidən qurulması, Yeni Suraxanıda yeni uşaq bağçasının inşası – yenidən nəzərdən keçirilsə və onların icrası üçün müvafiq maliyyə mexanizmləri müəyyən edilsə, yaxşı olar. Dördüncüsü, Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış 1376 hektardan artıq ərazidə məktəb, uşaq bağçası, poliklinika, kitabxana, mədəniyyət evi, poçt və digər zəruri xidmət obyektləri yoxdur. Bu ərazinin inkişafı üçün kompleks infrastruktur planının hazırlanması məqsədəuyğun olardı. Bundan başqa, iş axtaran, lakin peşə bacarığı olmadığı üçün iş tapa bilməyən gənclərimiz üçün rayonda müasir texniki-peşə təhsili müəssisəsinin yaradılmasına böyük ehtiyac var”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR