Logo

Gələn ildən bu ödənişlər artırılacaq - RƏSMİ

Gələn ildən bu ödənişlər artırılacaq - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“2027-ci ildə sosial müdafiə və sosial təminat xərclərinin cari illə müqayisədə 7,9 faiz artırılması nəzərdə tutulur. Bu, dövlətin sosial öhdəliklərinə sadiqliyinin və əhalinin həssas qruplarının müdafiəsinə verdiyi önəmin göstəricisidir. Xüsusilə şəhid ailələrinin, müharibə veteranlarının, aztəminatlıailələrin sosial təminatının gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir”.

Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Tural Gəncəliyev parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı danışıb.

Gələn ildən bu ödənişlər artırılacaq - RƏSMİ

Deputat büdcə layihəsi ilə bağlı təkliflər irəli sürüb və ölkənin müdafiə və təhlükəsizlik sahələri ilə bağlı fikirlərini irəli sürüb:

“Ölkəmizin müdafiə potensialının gücləndirilməsi, silahlıqüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması məqsədilə 4 milyard manat vəsait nəzərdə tutulub. Bu, Azərbaycanın milli təhlükəsizliyini və əldə etdiyi strateji üstünlükləri qorumaq istiqamətində ardıcıl siyasətinin davamıdır.

Bununla yanaşı, büdcənin ən mühüm prioritetlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış prosesidir. 2027-ci ildə dövlət əsaslı vəsait qoyuluşu üçün ümumilikdə 5,3 milyard manat ayrılması nəzərdə tutulur. Bunun 3.4 milyard manatı işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışın təmin edilməsinə, şəhər və kəndlərin yenidən qurulmasına, müasir infrastrukturun yaradılmasına, yaşayış evlərinin tikintisinə, tarixi-mədəni abidələrin bərpasına yönəldiləcək. Bu rəqəmlər sadəcə maliyyə göstəriciləri deyil. Onlar Azərbaycanın öz gücü və siyasi iradəsi hesabına ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra qarşıya qoyduğu yeni tarixi mərhələnin konkret ifadəsidir”.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR