Bəzi nəşrlər 90-cı illərin büdcəsi ilə fəaliyyət göstərir - Deputat
Milli Məclisin deputatı Elnarə Akimova ədəbi mətbuat orqanlarına dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasının vacibliyini gündəmə gətirib.
Sfera.az xəbər verir ki, deputat parlamentdə çıxışı zamanı bildirib ki, qloballaşma və elektron medianın inkişafı fonunda milli yaddaşın, mentalitetin qorunmasında mətbuatın rolu xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə “Ədəbiyyat qəzeti”, “Ulduz”, “Azərbaycan” və “Qobustan” jurnallarının dövlət büdcəsindən maliyyələşdirilməsi təmin edilib.
Lakin həmin nəşrlər bu gün də 1997-ci ildə müəyyənləşdirilmiş büdcə ilə fəaliyyətlərini davam etdirirlər:
“90-cı illərin əvvəllərində Azərbaycanda ədəbimətbuat maddi baxımdan tənəzzül dövrünü yaşayırdı. Bu mətbuorqanlar bağlanmaq təhlükəsi ilə üz-üzə qalanda ÜmummilliLiderimiz 1997-ci ilin noyabrında “Ədəbiyyat qəzeti”nin, “Ulduz”, “Azərbaycan” və “Qobustan”jurnallarının dövlətbüdcəsindən maliyyələşdirilməsi barədə sərəncam verdi. Diqqətinizə çatdırmaq istəyirəm ki, həmin orqanlar indi də özmövcudluğunu 1997-ci ildə müəyyənləşmiş büdcə ilə davam etdirir.
Ötən illər ərzində iqtisadiyyatımızın sürətli inkişafı başvermişdir. Biz həmin mətbuat orqanlarının nəşrini, fəaliyyətinidaha yüksək səviyyədə davam etdirməsi məsələsinə həm də Ulu Öndərimizin tövsiyəsi kimi yanaşmalı və büdcədən onlaraayrılan vəsaitin artırılmasına diqqət ayırmalıyıq”.
E.Akimova çıxışında ölkənin bölgələrində müasir mədəniyyət infrastrukturunun genişləndirilməsinin də vacibliyinə toxunub. Onun fikrincə, bölgələrdə müasir kitabxanaların, kitab satış mərkəzlərinin və mədəniyyət ocaqlarının yaradılması insanların mədəni-intellektual tələbatının ödənilməsinə töhfə verə bilər.
Deputat bu baxımdan Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində də müasir mədəniyyət mərkəzinin yaradılmasını təklif edib. O bildirib ki, təxminən 40 min sakinin yaşadığı qəsəbədə belə bir mərkəzin fəaliyyətə başlaması həm kütləvi tədbirlərin təşkili, həm də gənclərin zərərli vərdişlərdən uzaqlaşaraq mədəni mühitə cəlb olunması baxımından əhəmiyyətli olar.
Bəsti Rəfizadə
Sfera.az






