Logo

Ev internetinin sürəti niyə qəfil zəifləyir? – HƏLL YOLU

Ev internetinin sürəti niyə qəfil zəifləyir? – HƏLL YOLU
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ev internetinin sürəti yüksək tarif paketinə baxmayaraq qəfil zəifləyə bilər. Bu problemin səbəbi təkcə internet provayderi deyil, həm də modem, Wi-Fi şəbəkəsi və evdəki digər cihazlarla bağlı ola bilər.

Sfera.az xəbər verir ki, bu barədə “Xataka Smart Home” nəşri məlumat yayıb.

Mütəxəssislər internetdə yaranan problemin səbəbini müəyyənləşdirmək üçün ilk növbədə sürəti eyni kompüterdə həm kabel, həm də Wi-Fi bağlantısı ilə yoxlamağı tövsiyə edirlər. Hər iki ölçmə zamanı yükləmələr dayandırılmalıdır ki, nəticələr arasında düzgün müqayisə aparmaq mümkün olsun.

Əgər kabel vasitəsilə internetin sürəti normaldırsa, problem böyük ehtimalla simsiz şəbəkə ilə bağlıdır. Hər iki bağlantıda sürət aşağıdırsa, modemi, kompüteri və provayderin təqdim etdiyi internet xəttini yoxlamaq lazımdır.

Növbəti addım provayderdən modemə gələn kabelin vəziyyətinə baxmaqdır. Kabel mebel altında sıxılmış və ya zədələnmiş ola bilər. Modemin indikatorlarını yoxlamaq və cihazı yenidən başlatmaq da tövsiyə olunur. Bunun üçün modemi zavod parametrlərinə qaytarmağa ehtiyac yoxdur.

Wi-Fi sürətinə qonşuların istifadə etdiyi simsiz şəbəkələr də təsir göstərə bilər. Bir neçə şəbəkənin eyni kanaldan istifadə etməsi bağlantıda maneələr yarada bilər. Adətən modem uyğun kanalı avtomatik seçir. Lakin problem davam edərsə, onun parametrlərindən kanalı dəyişmək mümkündür.

Evdə Wi-Fi gücləndiricisi istifadə edilirsə, onun vəziyyətini də yoxlamaq lazımdır. Köhnə gücləndirici cihaz şəbəkənin ümumi sürətini məhdudlaşdıra bilər.

Bundan başqa, modemə qoşulmuş cihazların siyahısına nəzər salmaq vacibdir. Kompüter və ya oyun konsolu arxa planda böyük həcmli yeniləmələr yükləyərək internet kanalını məşğul edə bilər. Siyahıda tanımadığınız cihazlar aşkar edilərsə, Wi-Fi şifrəsini dəyişmək məsləhət görülür.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR