İnternet
Ev internetinin sürəti niyə qəfil zəifləyir? – HƏLL YOLU
Ev internetinin sürəti yüksək tarif paketinə baxmayaraq qəfil zəifləyə bilər. Bu problemin səbəbi təkcə internet provayderi deyil, həm də modem, Wi-Fi şəbəkəsi və evdəki digər cihazlarla bağlı ola bilər. Sfera.az xəbər verir ki, bu barədə “Xataka Smart Home” nəşri məlumat yayıb. Mütəxəssislər internetdə yaranan problemin səbəbini müəyyənləşdirmək üçün ilk növbədə sürəti eyni kompüterdə həm kabel, həm də Wi-Fi bağlantısı ilə yoxlamağı tövsiyə edirlər. Hər iki ölçmə zamanı yükləmələr
Media12.11.2026 10:00
Azərbaycanda internet xidmətləri ilə bağlı YENİLİK
Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair tələblər dəqiqləşdirildi Azərbaycanda telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair məcburi tələblərin hüquqi məzmununun dəqiqləşdirilməsi təklif olunub. Sfera.az xəbər verir ki, bununla bağlı “Telekommunikasiya haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Bildirilib ki, qanunun 33.1.5-ci maddəsi operatorların telekommunikasiya xidmətlərini müəyyən edilmiş standart, norma və
Cəmiyyət27.10.2026 12:11
Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. Sfera.az bildirir ki, modern.az sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. “CityNet” şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır. Ən yüksək tarif isə 50 manatdır. Şirkətin məlumatına görə, bu tariflər 2024-cü ildən tətbiq olunur. “Azəronline” şirkətində aylıq 100 Mbit/s sürətli internet 25 manat,
İqtisadiyyat22.10.2026 20:27
Sİ-nin aşkarladığı boşluq Avropada dövlət saytlarını çökdürdü
Avropada və dünyanın bir sıra ölkələrində dövlət qurumlarının internet saytları kibertəhlükəsizlik risklərinə görə fəaliyyətini dayandırıb. Buna geniş istifadə olunan PHP proqramlaşdırma dilində illərlə gizli qalmış kritik boşluqların aşkarlanması səbəb olub. Sfera.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. PHP proqramlaşdırma dilinin tərtibatçıları oktyabrın 21-də təhlükəsizlik boşluqlarını aradan qaldırmaq üçün təcili yeniləmələr yayımlayıb və istifadəçiləri proqram təminatını
Dünya22.10.2026 09:11
İnternetin sürəti niyə qəfil düşür? - ƏSL SƏBƏB...
Evdə internetin sürətinin azalmasının səbəbi zədələnmiş şəbəkə kabeli ola bilər. Maraqlıdır ki, kabel zahirən işlək görünsə də, məlumatların ötürülmə sürətini məhdudlaşdıra bilər. Sfera.az xəbər verir ki, bu barədə “MakeUseOf” nəşri yazıb. Nəşrin jurnalisti Manuviraj Qodara internet paketinin sürətini saniyədə 50 meqabitdən 150 meqabitə yüksəltsə də, sürət testlərinin nəticələri 100 meqabitdən aşağı olub. Problemi araşdıran jurnalist səbəbin köhnə internet kabeli olduğunu müəyyən edib.
Cəmiyyət20.10.2026 21:56
Yaşlı insanlar fırıldaqçılardan qorunmalıdır: "Xüsusi mexanizm hazırlanmalıdır"
Azərbaycanda rəqəmsallaşma sürətləndikcə regional səviyyədə və yaşlı nəsil arasında internet təhlükəsizliyi məsələsi ciddi sosial-iqtisadi problemə çevrilir. Bu qrup kiberdələduzlar üçün ən çox hədəf seçilən və həssas təbəqədir. Sfera.az xəbər verir ki, İT mütəxəssisi Elvin Abbasovun sözlərinə görə, yaşlı vətəndaşların rəqəmsal təhlükələrdən qorunması üçün maarifləndirmə tədbirləri genişləndirilməlidir. O deyib ki, xüsusilə regionlarda yaşayan 55 yaşdan yuxarı vətəndaşların rəqəmsal savadlılıq
Cəmiyyət12.08.2026 15:30
Bu qanunu pozanlar 2500 manat cərimələnəcək
Kibertəhlükəsizliyin təmini sahəsində normativ hüquqi aktların tələblərinin pozulmasına görə cərimələr müəyyənləşir. Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 371-2 maddədə əksini tapıb. Layihəyə əsasən, kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri, təhlükəsizlik əməliyyatları mərkəzləri, həmçinin informasiya infrastrukturunun subyektləri, o cümlədən internet informasiya ehtiyatlarının
Cəmiyyət10.07.2026 13:41
İnternet provayderlərin üzərinə yeni öhdəliklər qoyulacaq
Azərbaycanda internet informasiya ehtiyatlarının sahibləri üçün kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən edilir. Sfera.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklik edilməsi müzakirəyə çıxarılıb. Layihə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi, informasiya infrastrukturunun kibertəhdidlərdən qorunması,
Cəmiyyət07.07.2026 13:20







