Logo

Türkiyədə Nuhun gəmisinin izləri tapıldı? – FOTO

Türkiyədə Nuhun gəmisinin izləri tapıldı? – FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə Nuhun gəmisinin qalıqlarının olduğu ehtimal edilən ərazidə aparılan araşdırmalar zamanı ilk dəfə torpağın dərin qatlarından kömürləşmiş ağac parçaları çıxarılıb. Tədqiqatçılar bu tapıntıların qədim gəminin mövcudluğu ilə bağlı müzakirələrə yeni istiqamət verə biləcəyini düşünürlər.

Sfera.az xəbər verir ki, bu barədə “Fox News” nəşri məlumat yayıb.

Söhbət Türkiyənin şərqində, Ağrı dağı yaxınlığında yerləşən Durupınar formasiyasından gedir. Qayıq formasını xatırladan bu geoloji quruluş ilk dəfə 1959-cu ildə aşkar edilib. Həmin vaxtdan bəri onun Nuhun gəmisinin qalıqları, yoxsa təbii geoloji formasiya olması barədə mübahisələr davam edir.

1996-cı ildə geoloqlar Lourens Cin Kollinz və Devid Franklin Fasold bu quruluşun gəmi deyil, təbii qaya forması olduğu qənaətinə gəliblər. Buna baxmayaraq, Türkiyə universitetlərinin tədqiqatçılarının da iştirak etdiyi “Noah's Ark Research Project” layihəsi ərazidə araşdırmaları davam etdirir.

Son bir il ərzində mütəxəssislər burada torpaq nümunələri toplayıb, dərin qazıntılar aparıb və georadar vasitəsilə ərazini skan ediblər.

Araşdırmalar zamanı təxminən 9 metr dərinlikdən kömürləşmiş ağac parçaları çıxarılıb. Görüntülərdə qaralmış və çatlamış fraqmentlər, bəzi nümunələrdə isə ağacın teksturası və illik halqaları müşahidə olunur.

Nümunələr radiokarbon analizi və ağac növünün müəyyənləşdirilməsi üçün laboratoriyaya göndərilib. Tədqiqata rəhbərlik edən Sivas Cümhuriyyət Universitetinin arxeoloqu Cemker Atilla tapıntıların, onun peşəkar qiymətləndirməsinə görə, çox qədim olduğunu bildirib.

Atillanın sözlərinə görə, ərazinin yerləşdiyi mövqe, formasiyanın ölçüləri və üçqatlı quruluşu müqəddəs kitablarda Nuhun gəmisi ilə bağlı verilən təsvirlərlə müəyyən oxşarlıqlar təşkil edir. O, həmçinin formasiyanın daxilində karbon miqdarının xarici hissələrlə müqayisədə daha yüksək olduğunu qeyd edib.

Tədqiqatçılar bu əlamətlərin birlikdə diqqətəlayiq olduğunu düşünürlər. Bununla belə, ağac nümunələrinin yaşı və mənşəyi ilə bağlı laboratoriya nəticələri hələ açıqlanmayıb. Komanda qazıntı və araşdırmaları 2027-ci ildə də davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, Durupınar formasiyasının Nuhun gəmisi olması elmi ictimaiyyət tərəfindən təsdiqlənməyib. Bu ərazini araşdıran geoloqların əksəriyyəti onun təbii geoloji quruluş olduğu qənaətindədir. Buna görə də yeni tapıntıların gəmi ilə əlaqəsini müəyyənləşdirmək üçün əlavə elmi sübutlara ehtiyac var.

Fatimə

Sfera.az

Türkiyədə Nuhun gəmisinin izləri tapıldı? – FOTO
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR